Kompyüter yaddaşı

hesablama maşınının bir hissəsi, müəyyən müddət ərzində verilənlərin saxlanması üçün fiziki qurğu və ya mühit. Yaddaş qurğusunun işinin əsasında sistemin iki və ya daha çox dayanıqlı vəziyyətə gətirilməsini təmin edən istənilən fiziki effekt dura bilər.
Kompyüter şəbəkəsi
Konfiqurasiya
OBASTAN VİKİ
Kompyüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Yaddaşı proqramlaşdırılabilən idarəetmə
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Daş yaddaşı (film, 2006)
== Məzmun == Film Azərbaycanın qədim və uca dağlarla əhatə olunmuş, uzunömürlülər diyarı olan Lerik rayonunun minilliklərin yadigarları hesab edilən abidələrinə həsr olunub. Təbii mağaralar, qədim tikili və təbii abidələrin nağılı hər kəsin marağına, adına "Beşikdaş" deyilən nəhəng qaya parçasının yırğalanması isə heyrətinə səbəb olur. Filmdə Lerikdə yerləşən 100-dən çox abidənin tarixindən söz açılır.
Naxışların yaddaşı (film, 1973)
Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Yuxu yaddaşı (film, 2008)
Film narkomaniyanın insanı dəyişməsi haqqında dramdır. Narkomaniya gənc Hüseyni çıxılmaz dalana salaraq ona faciəli məhəbbət dramı yaşadır. Bəzən insana elə gəlir ki, bütün hadisələr yuxu yaddaşı kimi sanki baş verməyib. Həyat həqiqətlərinə söykənən iki gəncin ağ ölümün fəlakətinə düçar olmaları filmin əsasını təşkil edir.
Ürək yaddaşı (film, 1981)
Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır. Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir. Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Emil Ağayev, Cəmil Əlibəyov, Rasim Ağayev Operator: Vladimir Konyagin, Köçəri Məmmədov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.
Azərbaycanda YUNESCO-nun “Dünyanın yaddaşı” obyektlərinin siyahısı
Azərbaycanda UNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.